Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
17.03.2023Martın 17-də saat 15 radələrində Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində Bakı şəhər sakini R.Zeynalov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən rayon sakini S.Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.