Yasamal rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törətməkdə şübhəli bilinən moped sürücüsü C.Əsgərli saxlanılıb
16.03.2023Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 13-də M.Seyidov küçəsində Göyçay rayon sakini N.Zamanovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən moped sürücüsü, Bakı şəhər sakini C.Əsgərli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.