Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərdən birinin həyətindən 10.000 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən İ.Abbasov saxlanılıb
14.03.2023Martın 13-də Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərdən birinin həyətindən 10.000 manat dəyərində inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İ.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.