DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub

13.03.2023

Martın 13-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

13.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 13.03.2023
  • Ümumi çəkisi 23,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 13.03.2023
  • Yardımlı rayonunun Köryədi kənd sakini Y.Ağayevdən narkotik vasitələr götürülüb 13.03.2023
  • Gəncə şəhəri ərazisindəki mənzillərin birində münaqişə zəminində həyat yoldaşı Y.Hümbətovanı öldürməkdə şübhəli bilinən E.Quliyev Hacıqabul rayonu ərazisində tutularaq istintaqa təhvil verilib 13.03.2023
  • Astara rayonunun Maşxan kəndində G.Qəhrəmanovanı münaqişə zəminində bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı Y.Verdiyev tutularaq istintaqa təhvil verilib 13.03.2023
  • Xırdalan şəhər sakini E.Vahabova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən R.Əliyev saxlanılıb 13.03.2023
  • Bakı şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini E.Sultanov saxlanılıb 13.03.2023
  • Səbail rayonu ərazisində bir restoranda və bir klubda 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən A.Baxışov saxlanılıb 13.03.2023
  • Şərur şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov saxlanılıb 13.03.2023
  • Şahbuz rayon sakini C.Bayramovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 13.03.2023
  • Ordubad rayonunun Sabir kənd sakini H.Məmmədovun evindən pnevmatik tir tüfəngi götürülüb 13.03.2023
  • Tərtər rayonunun Qaynaq kənd sakini M.Musayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 13.03.2023
  • Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Ford Transit” markalı iki avtomobil toqquşub 13.03.2023
  • Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində “Mercedes” markalı avtomobil qarşıda gedən “Mitsubishi” markalı avtomobilə çırpılıb 13.03.2023
  • Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində “Nissan” markalı avtomobillə yolu keçən piyada vurulub 13.03.2023
  • Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməyən avtomobillə Bakı şəhər sakini S.Əliyev vurulub 13.03.2023
  • Suraxanı rayonunda kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanılıb 13.03.2023