Səbail rayonu ərazisindən R.Cəfərova məxsus motosikleti qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qorişniy saxlanılıb
10.03.2023Səbail RPİ-nin 8-ci Polis Bölməsinə martın 2-nə keçən gecə rayon ərazisindən R.Cəfərova məxsus motosikletin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qorişniy motosikletlə saxlanılıb. Araşdırma aparılır.