Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində münaqişə zəminində qəsəbə sakini E.Orucovu öldürməkdə şübhəli bilinən M.Məmmədov tutularaq istintaqa təhvil verilib
09.03.2023Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə martın 9-da saat 22 radələrində Müşfiqabad qəsəbəsi ərazisində qəsəbə sakini E.Orucovun öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini M.Məmmədovun münaqişə zəminində E.Orucovu bıçaqla vuraraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.