Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
08.03.2023Martın 8-də saat 23 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakinləri Ş.Səfərlinin idarə etdiyi “Tofaş” və S.Kazımlının idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Səfərlinin sərnişini olan anası S.Səfərova hadisə yerində ölüb, sürücü və digər avtomobildə olan bir sərnişin xəstəxanaya yerləşdiriliblər.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.