Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunda İranda yaşayan narkotacirlərin daha bir dəstəsi ifşa edildi

21.02.2023

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.
Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Əməliyyat-texniki tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. 
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçiridkləri digər əməliyyatlar zamanı isə Binə və ətraf ərazilərdə 5 evdən, mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar Zamanov və Fuad Qasımov da saxlanılıblar. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. 
Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa təqdim edilib.

Youtube linki - https://www.youtube.com/watch?v=hO409R2m9YA

 

21.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 21.02.2023
  • Ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə götürülüb 21.02.2023
  • Əvvəllər məhkum olunmuş E.İmanovun evindən 3 kiloqramdan artıq marixuana və 2 kiloqramdan artıq tiryək götürülüb 21.02.2023
  • Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartından 115 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev saxlanılıb 21.02.2023
  • Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov saxlanılıb 21.02.2023
  • Göygöl rayonunun Çaylı kəndi ərazisində dəmir körpünü sökərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 21.02.2023
  • Nərimanov rayonu ərazisindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb 21.02.2023
  • Quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Y.Məmmədovun avtomobil qaçırması da müəyyən olunub 21.02.2023
  • Səbail rayonu ərazisində Bakı şəhər sakini A.Ayvazov idarə etdiyi avtobus ilə Sumqayıt şəhər sakini Q.Qayıbovu vurub 21.02.2023
  • Göyçay rayonunun Qarayazı kəndi ərazisində “Mitsubishi” markalı avtomobil ağaca çırpılıb 21.02.2023
  • Xəzər rayonunda İranda yaşayan narkotacirlərin daha bir dəstəsi ifşa edildi 21.02.2023
  • Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan daha 1 nəfər saxlanılıb 21.02.2023
  • Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb 21.02.2023