Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Elan saytlarında vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb

15.02.2023

Elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32 yaşlı X.Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. 
Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub. 
Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Bir daha vətəndaşlara elan saytlarında tanımadıqları şəxslərə onlayn ödəniş etməmələrini tövsiyə edirik. 

15.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub 15.02.2023
  • Paytaxtın Səbail rayonu ərazisində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini A.Abdalov saxlanılıb 15.02.2023
  • Ümumi çəkisi 4,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 15.02.2023
  • Sumqayıt şəhər sakini T.Quliyevdən 2 kiloqram 509 qramdan artıq heroin götürülüb 15.02.2023
  • Gəncə şəhər sakini F.Əmirovdan 450 qram marixuana aşkar olunaraq götürülüb 15.02.2023
  • Elan saytlarında vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb 15.02.2023
  • Paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Rüstəmov tutularaq istintaqa cəlb olunub 15.02.2023
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2500 manat dəyərində elektrik naqilini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini N.Nadirov saxlanılıb 15.02.2023
  • Səbail rayonu ərazisindəki oyun zallarının birindən kondisionerin mühərrikini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 15.02.2023
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən X.Allahyarov saxlanılıb 15.02.2023
  • Sabunçu rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 15.02.2023
  • Füzuli rayon sakini E.Quliyevdən nömrəsi silinmiş tüfəng və 6 ədəd patron götürülüb 15.02.2023
  • Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən bir avtomobili qaçırmaqda şübhəli bilinən Q.Əhmədov saxlanılıb 15.02.2023
  • Yasamal rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən A.Abbasov saxlanılıb 15.02.2023
  • Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən çay evlərinin birindən kombi aparatını oğurlamaqda şübhəli bilinən R.Babayev saxlanılıb 15.02.2023
  • Gəncə şəhəri ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 15.02.2023
  • Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindəki marketlərin birindən pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Əsgərov saxlanılıb 15.02.2023
  • Hökməlidə narkotiklərin satışı ilə məşğul olan daha bir nəfərdən 2 kiloqram heroin aşkar edilib 15.02.2023