Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub
02.02.2023Fevralın 2-də saat 12 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini İlqar Məcidovun idarə etdiyi “JMC” markalı avtomobil manevr qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Məcidov 2 il müddətində sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs olunub.