Oğuz rayonunun Dəymədağlı kəndi ərazisində bir nəfər tüfəngdən ehtiyatsızlıqdan açılan atəşdən xəsarət alıb
01.02.2023Oğuz Rayon Polis Şöbəsinə fevralın 1-də Dəymədağlı kəndi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla rayon sakini H.Abdullayevin həmin vaxt onunla birgə ov edən H.Cavadovun tüfəngindən ehtiyatsızlıqdan açılan atəşdən xəsarət alması müəyyən olunub.
Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.