Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ekoloji təhlükəsizlik diqqət mərkəzindədir

24.01.2023

Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. 
2022-ci il ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 200,  balıq və başqa su heyvanlarını tutmağa görə 112, qanunsuz ovla bağlı isə 2 cinayət işi başlanılıb.  
Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 3056 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Ötən il ərzində keçirilən birgə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 14.600 fiziki və hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.  

24.01.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub 24.01.2023
  • “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərinin icrası diqqət mərkəzindədir  24.01.2023
  • Ekoloji təhlükəsizlik diqqət mərkəzindədir 24.01.2023
  • Yanvarın 24-də respublika ərazisində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 24.01.2023
  • Marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini İ.Hüseynov müəyyən olunaraq saxlanılıb 24.01.2023
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva müəyyən olunaraq saxlanılıb 24.01.2023
  • Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini R.Rzayev saxlanılıb 24.01.2023
  • İsmayıllı rayon sakini E.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2,8 kiloqramdan artıq marixuana və 3 ədəd qurudulmuş çətənə kolu aşkar olunaraq götürülüb 24.01.2023
  • Oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini A.Yusifov və Qazax rayon sakini E.Nəsibzadə müəyyən olunaraq saxlanılıblar 24.01.2023
  • Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Z.Musayev müəyyən olunaraq saxlanılıb 24.01.2023
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir  24.01.2023
  • Oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini F.Hüseynov müəyyən olunaraq saxlanılıb 24.01.2023
  • Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 24.01.2023
  • Beyləqan rayonunun Örənqala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 24.01.2023