Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tahir Mehdiyevdən 51,634 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bkı şəhər sakini Ravil Cabbarzadədən 49,212 qram tiryək və 1 ədəd bıçaq, Sabunçu RPİ 15-ci PB əməkdaşları 1-ci Zabrat qəsəbə sakini Nazim Bayramovdan 0,231 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Səfərovdan 0,218 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini Orxan Əliyevdən 0,229 qram heroin, Şirvan ŞPŞ əməkdaşları şəhər sakini Rahib Nəhmətovdan 0,528 qram heroin götürmüşlər. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbə sakini Faiq Qənməbrovdan 0,558 qram heroin götürülmüşdür. F.Qənbərova narkotik vasitənin həmyerlisi Ruslan Kazımov tərəfindən satılması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kazımov, həmyerlisi Zaur Alıyevə heroin satarkən tutulmuşdur. Z.Alıyevdən 0,367 qram, R.Kazımovdan isə 0,433 qram heroin götürülmüşdür.