Bakı şəhər sakini Rüstəm Rüstəmova məxsus avtomoşını qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş Habil Məmmədov tutulmuşdur
05.06.2008İyunun 4-də Laçın rayon sakini Habil Məmmədov Bakı şəhər sakini Rüstəm Rüstəmova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış və onu idarə edərkən Nəriman Qurbanova məxsus "Audi" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət alan olmamış, avtomaşınlara qismən ziyan dəymişdir. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Məmmədov tutulmuş, onun sərxoş halda olması müəyyən edilmişdir. Araşdırmalar aparılır.