Bakı şəhər sakinləri Q.Qənbərova və qardaşına xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini S.Hacıyev saxlanılıb
04.01.2023Yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilərək saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.