Binəqədi rayonu ərazisindəki mağazaların birindən 3 ədəd noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini N.Mirzəyev saxlanılıb
29.12.2022Binəqədi rayonu ərazisindəki mağazaların birindən 5300 manat dəyərində 3 ədəd noutbuk və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini N.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.