Quldurluq əməlini törətməkdə şübhəli bilinən Balakən rayon sakini A.Xəlilov müəyyən olunaraq saxlanılıb
19.12.2022Dekabrın 16-da Nərimanov rayonunun Böyükşor qəsəbəsində bir nəfərin 2000 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş A.Xəlilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.