Bilgəh qəsəbə sakini Hüseynağa Əliyevin oğlu Tapdığı və qızı Təranəni boğaraq qətlə yetirməsi müəyyən edilmişdir
03.06.2008DİN Baş Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2007-ci ilin oktyabrında vəfat etmiş Bilgəh qəsəbə sakini Hüseynağa Əliyevin 1992-ci ildə yaşadığı evdə, qızları Yeganə və Birdanənin yanında, oğlu Tapdığı boğaraq qətlə yetirməsi və onların iştirakı ilə kənd qəbristanlığındakı sərdabədə dəfn etməsi müəyyən edilmişdir. Yeganənin və Birdanənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onlar ataları Hüseynağanın, qızı Təranəni də boğaraq qətlə yetirməsini və həmin yerdə dəfn etməsini bildirmişlər. İyunun 3-də Təranənin və Tapdığın cəsədlərinin qalıqları eksqumasiya edilmişdir.