Səbail rayonunun Nizami küçəsində bir avtomobilin şüşəsini sındıraraq içərisindəki cüzdanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Varotnikov saxlanılıb
02.12.2022Səbail RPİ-nin 9-cu Polis Bölməsinə Nizami küçəsində “Hyundai” markalı bir avtomobilin şüşəsinin sındırılaraq içərisində 400 manat, 100 ABŞ dolları və bank kartları olan cüzdanın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Y.Varotnikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.