Xətai rayonu ərazisindəki köşklərin birindən 700 manat pulu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb
02.12.2022Dekabrın 1-də Xətai rayonu ərazisindəki köşklərin birindən 700 manat pulun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş M.Abbaszadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.