Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.11.2022Noyabrın 20-də saat 23 radələrində Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində kənd sakini F.Əmirov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Göytəpə şəhər sakinləri O.Kərimovu və onun qardaşı Gündüzü vurub. Nəticədə xəstəxanaya yerləşdirilən Gündüz noyabrın 21-də orada ölüb.
Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.