Cəlilabad rayonunun Sabirabad kəndində yaşayan Xalidə Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən qardaşı F.Əliyev tutularaq istintaqa təhvil verilib
20.11.2022Cəlilabad Rayon Polis Şöbəsinə Sabirabad kəndində yaşayan Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə onun qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla onunla birgə yaşayan qardaşı F.Əliyevin münaqişə zəminində X.Əliyevanı boğaraq qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyev tutularaq istintaqa təhvil verilib.
X.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarılaraq müayinəyə təqdim edilib.