Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini T.Şəfiyeva müəyyən edilərək saxlanılıb
19.11.2022Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını bildirib özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib 1450 manat pulunu alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş T.Şəfiyeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.