Suraxanı RPİ-nin əməkdaşı, polis baş leytenantı Ramin Zamanov avtomaşın oğurluğunda şübhəli bilinən Seymur Əliyevin odlu silahdan açdığı atəş nəticəsində ölmüşdür
30.05.2008Mayın 30-da saat 06.10 radələrində Suraxanı və Binəqədi RPİ əməkdaşları tərəfindən Binəqədi rayonunun 28 May qəsəbəsində avtomaşın oğurluğunda şübhəli bilinən qəsəbə sakini Seymur Əliyev tutularkən o, ov tüfəngindən atəş açaraq Suraxanı RPİ-nin əməkdaşı, polis baş leytenantı Ramin Zamanovu yaralamışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Zamanov orada ölmüşdür. S.Əliyev tutulmuşdur.