"Allahverdi-94" MMC-nin təsisçisi İlqar Abdullayevə hədə-qorxu gələrək ondan 16000 manat pul almış Mingəçevir şəhər Elektrik Stansiyasının iki əməkdaşı tutulmuşdur
29.05.2008DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər Elektrik Stansiyasında, oranın işçiləri Mayıl İsmayılov və Fikrət Həsənov qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Allahverdi-94" MMC-nin təsisçisi İlqar Abdullayevə hədə-qorxu gələrək ondan 16000 manat pul aldıqları üçün tutulmuşlar.