Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Quliyev müəyyən olunaraq saxlanılıb
01.10.2022Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.