Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Ələkbərovdan heroin aşkar olunaraq götürülüb
30.09.2022Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bazarda biq qadının çantasından içərisində 220 manatı və sənədləri olan, digər qadının isə içərisində 500 manatı olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.