Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində azyaşlı bir qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
25.09.2022Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini olan azyaşlı bir qızın qızıl sırğasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Qasımzadə və G.Kamranlı müəyyən olunaraq saxlanılıblar. Araşdrma aparılır.