Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 32 cinayət faktı qeydə alınmışdır

24.05.2008

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 8 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır. - 2 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.