Yeni Suraxanı qəsəbəsi T.Nərimanov küçəsindəki evdə Bakı şəhər sakini Ceyhun Əliyevin meyiti tapılmışdır
24.05.2008Mayın 23-də Yeni Suraxanı qəsəbəsi T.Nərimanov küçəsindəki döngə 1 ev 7-də, İbrahim Qəniyevə məxsus evdə üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılmışdır. DİN Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində həmin şəxsin Bakı şəhər sakini Ceyhun Əliyev olması müəyyən edilmişdir. İ.Qənyevin evinə baxış zamanı 101,126 qram heroin aşkar edilərək götürülmüşdür.