Biləsuvar rayonunun Bağbanlar kənd sakini E.Mehtizadəni silahla hədələyən əmisindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
07.09.2022Biləsuvar Rayon Polis Şöbəsinə Bağbanlar kənd sakini E.Mehtizadənin silahla hədələnməsi barədə müraciət daxil olub.
Araşdırmalarla onun yaşadığı evin həyətində əmisi A.Mehtiyev tərəfindən ov silahı ilə hədələməsi müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Mehtiyev saxlanılıb. Ondan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.