Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub

03.09.2022

Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

03.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 03.09.2022
  • Şəki rayonunun Vərəzət kənd sakini Ə.Əliyevə məxsus yardımçı təsərrüfatı yandırmaqda şübhəli bilinən şəhər sakini R.Tağıyev tutulub 03.09.2022
  • Binəqədi rayonu ərazisində Abşeron rayon sakini H.Cavanşirov idarə etdiyi avtomobillə 65-70 yaşlı qadın vurulub 03.09.2022
  • Avqustun 29-da G.Hacıyevanın pulunu, şəxsiyyət vəsiqəsini və bank kartını oğurlamaqda şübhəli bilinən H.Abdullayev saxlanılıb 03.09.2022
  • Binəqədi rayonu ərazisindəki evlərin birindən pul, geyim və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Abbasova saxlanılıb 03.09.2022
  • Sumqayıt rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən K.Əliyeva saxlanılıb 03.09.2022
  • Salyan rayonunun Qaraçala qəsəbə sakini E.İsmayılovun həyətindən 5 ədəd çətənə kolu və 24 kiloqramdan artıq marixuana götürülüb 03.09.2022
  • Şəmkir rayonunun Düyərli kənd sakini Q.Babayevdən 6 qrama yaxın marixuana aşkar edilib 03.09.2022
  • Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.09.2022