Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt sakini Xasay Eyvazovu idarə etdiyi avtomaşınla vurub hadisə yerindən qaçmış Bakı şəhər sakini Əlimusa Baxşəliyev tutulmuşdur

23.05.2008

Mayın 22-də Sumqayıt şəhərində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Xasay Eyvazov vurulmuşdur. Nəticədə xəsarət almış X.Eyvazov xəstəxanaya yerləşdirilmişdir. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Kamaz" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Əlimusa Baxşəliyev tutulmuşdur. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.