Kürdəmir rayon sakini Azər Səfərov Valeri Abbasovun bıçaqla yetirdiyi xəsarətdən ölmüşdür
23.05.2008Saat 22.30 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Valeri Abbasov evində, münaqişə zəminində Kürdəmir rayon sakini, qohumu Azər Səfərova bıçaqla xəsarət yetirmişdir. Nəticədə A.Səfərov xəstəxanaya yerləşdirilmiş və saat 23.00 radələrində orada ölmüşdür. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Abbasov tutulmuşdur.