Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Göyçay rayon sakini A.Beydullayev saxlanılıb
24.08.2022Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkçıplaq kənd sakini A.Beydullayev saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.