Xızı rayonunun Yeni Yaşma kəndində yol-nəqliyyat hadisəsi
23.05.2008Mayın 24-də saat 03.30 radələrində Xızı rayonunun Yeni Yaşma kəndində, Sabirabad rayon sakini Mikayıl Abbasov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu elektrik dirəyinə vurmuşdur. Nəticədə M.Abbasov hadisə yerində ölmüşdür. Xızı RPŞ tərəfindən araşdırmalar aparılır.