Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

23.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ əməkdaşları Biləcəri qəsəbə sakini Elşən Kərimovdan 0,247 qram, Rauf Axundovdan isə 0,225 qram heroin, Suraxanı RPİ 32-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tamerlan Cabbarovdan 0,261 qram heroin, Balakən RPŞ əməkdaşları Hənifə kənd sakini Məhəmməd Qazıyevin evinə baxış zamanı 250 qram marixuana, Cəlilabad RPŞ əməkdaşları rayon sakini Təvəkkül Əliyevdən 0,785 qram heroin götürmüşlər. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Zakir Məmmədovdan 0,326 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış həmyerlisi Elsevər Quliyev tutulmuş, üzərinə baxış zamanı 0,564 qram heroin aşkar edilərək götürülmüşdür.