Sumqayıt şəhəri ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
18.08.2022Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 2 avtomobildən 300 manat pul, mobil telefon və 3000 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş E.İsayev həmçinin Masazır qəsəbə sakinləri M.Aslanov və əvvəllər məhkum olunmuş K.Quliyev saxlanılıb.