Quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini B.Səfərov müəyyən edilərək saxlanılıb
20.07.2022Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə iyulun 18-də Bakı şəhər sakini E.Novruzovun pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini B.Səfərov müəyyən edilərək saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.