Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini İlqar Sərkərnamazovu bıçaqla qətlə yetirmiş Alik Muradov tutulmuşdur
19.05.2008Mayın 18-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində, kənd sakini İlqar Sərkərnamazovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. DİN Baş Cinayət-Axtarış İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Dağkəsəmən kənd sakini Alik Muradov tutulmuşdur.