Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16.07.2022İyulun 16-da saat 7 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Füzuli rayon sakini Məhəmməd Baxışovun idarə etdiyi “Ford” və Yardımlı rayon sakini Ş.İmanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə M.Baxışov hadisə yerində ölüb, Ş.İmanov isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır