Binəqədi rayonu Novxanı bağlar sahəsində “Lada Priora” və “QAZ-3110” markalı avtomobillər toqquşub
04.07.2022İyulun 4-də saat 21 radələrində Binəqədi rayonu Novxanı bağlar sahəsində Yardımlı rayon sakini A.Kərimovun idarə etdiyi “Lada Priora” və Şirvan şəhər sakini Eyvaz Seyfullayevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə E.Seyfullayev hadisə yerində ölüb, 2 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.