Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Ravon” markalı avtomobil yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb
04.07.2022İyulun 4-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Yevlax rayon sakini R.Məmmədli idarə etdiyi “Ravon” markalı avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini E.Bünyətova məxsus “Mercedes” markalı avtomobili vurub. Nəticədə R.Məmmədlinin sərnişini Firuzə Zəkiyeva hadisə yerində ölüb, özünə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.