Sumqayıt şəhər sakini K.Abbasovanın çantasından oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
01.07.2022Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər sakini K.Abbasovanın içərisində 100 manatı, bank kartı, sənədi, 2 ədəd qızıl sırğa və boyunbağısının çantasından oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri K.Atayev və Y.Musayev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.