Balakən və Tovuz rayonlarının ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib
01.07.2022“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Hənifə kəndi ərazisində 80 sot sahədən 2 ton 750 kiloqram çəkidə 4105 ədəd, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən Əyyublu kəndi ərazisində 60 sot sahədən 400 kiloqram çəkidə 2417 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.