Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai RPİ 36-cı PB əməkdaşları Bakı şəhər sakini Rövşən Nağıyevdən 0,237 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini İbrahim Vəliyevdən 0,309 qram heroin, Cəlilabad RPŞ əməkdaşları Biləsuvar rayon sakini Zaur Miriyevdən 0,519 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakinləri Rəfayel Hüseynovun həyətindən 11,05 qram marixuana, Vaqif Salahovun evinə baxış zamanı 13,534 qram heroin və 74,39 qram marixuana götürmüşlər. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Bəhruz Fərzəliyevdən 0,271 qram heroin götürülmüşdür. B.Fərzəliyevə narkotik vasitəni vermiş İran vətəndaşı Pərviz İsgəndəri tutulmuş, ondan 511,3 qram heroin, 36,83 qram həşiş və 32 ədəd dərman həbləri götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Məmmədovdan 3,77 qram həşiş və 0,4 qram marixuananı satarkən tutulmuşdur. M.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 2,96 qram olan 1 ədəd kənaf kolu aşkar edilərək götürülmüşdür. M.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində ona narkotik vasitəni satmış rayon sakinləri Nofəl İmanov və Elçin Abdullayev tutulmuşlar. N.İmanovun evinə baxış zamanı 84,87 qram həşiş aşkar edilərək götürülmüşdür.