Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Nardaran qəsəbə sakini Zülfüqar Cabbarovun yaxalanması məqsədilə əməliyyat tədbiri keçirilmişdir

16.05.2008

Cinayət Məcəlləsinin 29.120 (Qəsdən adam öldürməyə cəhd) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarılan Nardaran qəsəbə sakini Zülfüqar Cabbarovun yaxalanması məqsədilə Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Z.Cabbarovun atası Əmirxan Cabbarov polis əməkdaşları istiqamətində avtomat silahdan atəş açaraq hadisə yerindən qaçmışdır. Əməliyyat zamanı PB-nin əməkdaşı Aydın Şirəliyev hasardan düşərkən yıxılmış və qol nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.