Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisindən “Ford Tranzit” markalı avtomobili qaçıraraq Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi törədən paytaxt sakini H.Əliyev saxlanılıb
19.06.2022Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə iyunun 18-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini V.Allahverdiyevə məxsus “Ford Tranzit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin paytaxt sakini H.Əliyev tərəfindən qaçırılması, Bakıxanov qəsəbəsində “Toyota” və “Chevrolet” markalı avtomobilləri vuraraq aşırması, xəsarət alan olmaması müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Əliyev saxlanılıb.
Sabunçu RPİ-də araşdırma aparılır.