Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakini Y.Dadaşovdan hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Musazadə saxlanılıb
19.06.2022Salyan Rayon Polis Şöbəsinə iyunun 17-də Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakini Y.Dadaşovdan hədələnərək 1000 manat pul tələb olunması, 450 manatının alınması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Musazadə müəyyən edilib və idarə etdiyi “Khazar” markalı avtomobillə birgə Şirvan şəhəri ərazisində saxlanılıb.
Araşdırma aparılır.