Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini E.İmanov saxlanılıb
15.06.2022İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2080 manat dəyərində qızıl boyunbağını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.İmanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.